Azərbaycanda COVID-19-a sutkalıq yoluxma sayında artım

Aktual

10.10.2021 - 17:48

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə 1031 yeni yoluxma faktı qeydə alınıb, 1043 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1031 yeni yoluxma faktı qeydə alınıb, 1043 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 492 179 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 473 023 nəfər müalicə olunaraq sağalıb, 6 664 nəfər vəfat edib, aktiv xəstə sayı 12 492 nəfərdir.

Ölkədə son sutka ərzində 8 385, hazırkı dövrədək isə 4 952 737 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş