Azərbaycanda COVID-19-a sutkalıq yoluxanma azalır

Aktual

19.05.2021 - 16:34

Bir gündə 1170 nəfər koronavirusdan sağalıb, 339 nəfər yoluxub, 12 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 331 040nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 317 609nəfər müalicə olunaraq sağalıb, 4814nəfər vəfat edib, aktiv xəstə sayı 8617nəfərdir.

#

Müəllif: Ayna.az