Azərbaycan XİN-dən BMT Günü ilə bağlı paylaşım

Xəbərlər

24.10.2026 - 13:34

“Azərbaycan dinc, ədalətli və təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək”

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə bağlı paylaşım edib.

AYNA.AZ xəbər verir ki, nazirliyin “X” hesabında yayımlanan paylaşımda Azərbaycanın çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqlədiyi bildirilib.

Qeyd olunub ki, “Azərbaycan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dialoqun təşviqinə və hamı üçün daha dinc, ədalətli və təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş