Azərbaycan Tokio olimpiadasını 7 medalla başa vurub

İdman

07.08.2021 - 17:18

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmiz olimpiadada qızıl medal qazana bilməyib

 

Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, 44 idmançıdan 7-si medal qazanıb. Bu gün son 9 idmançı mübarizə aparıb.

 

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komanda təsnifat mərhələsində iki hərəkətin cəmində 74,350 xal toplayıb. Yığma 14 ölkə arasında 10-cu yeri tutub və ilk "8-liy"ə düşmədiyi üçün finala yüksələ bilməyib.

 

Sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) finalda yaponiyalı Takuto Otoquroya uduzub. Şərif Şərifov (97 kq) isə təsəlliverici görüşdə gürcüstanlı Elizbar Odikadzeyə qalib gəlsə də, bürünc medal qarşılaşmasında kubalı Reyneris Salas Pereslə bacarmayıb və 5-ci yerlə kifayətlənib.

 

Qadın güləşçi Mariya Stadnik (50 kq) monqolustanlı Namuuntsetseq Tsoqt Oçiri məğlub edərək bürünc medala sahib çıxıb.

 

Karateçi İrina Zaretska (+61) isə finalda Misir təmsilçisi Feryal Abdelazizə uduzaraq gümüş medalla kifayətlənib.

 

Medal qazananlar

 

Cüdo: İrina Kindzerska (+78 kq) - bürünc

 

Boks: Alfonso Dominges (81 kq) - bürünc

 

Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) - bürünc

 

Karate: Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq) (hər ikisi gümüş)

 

Sərbəst güləş: Hacı Əliyev (65 kq) - gümüş

 

Qadın güləşi: Mariya Stadnik (50 kq) - bürünc

 

Medal qazana bilməyənlər

 

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)

 

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

 

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

 

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

 

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

 

Güllə atıcılığı: Emin Cəfərov

 

Triatlon: Rostislav Pevtsov

 

Qılıncoynatma: Anna Başta

 

Badminton: Edi Reski Dviçayo

 

Velosiped idmanı: Elçin Əsədov

 

Çəkicatma: Anna Skidan

 

Atıcılıq: Ruslan Lunyov

 

Atletika: Nazim Babayev (üç təkanla tullanma)

 

Karate: Firdovsi Fərzəliyev (67 kq)

 

Yunan-Roma güləşi: İslam Abbasov (87 kq)

 

Qadın güləşi: Elis Manolova (68 kq)

 

Sərbəst güləş: Turan Bayramov (74 kq), Şərif Şərifov (97 kq)

 

Bədii gimnastika (fərdi çoxnövçülük): Zöhrə Ağamirova

 

Bədii gimnastika (qrup hərəkətləri): Zeynəb Hümmətova, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan, Darya Sorokina.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş