Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

30.01.2025 - 11:48

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light” 79 dollardan baha satılır

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,05 dollar azalaraq 76,53 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,04 dollar artaraq 72,66 dollar təşkil edib.

Dünya bazarında Azərbaycan nefti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,08 dollar və ya 0,1 faiz artaraq 79,22 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş