Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş uçuşları başlayıb - <font color=red> VİDEO</font>

Siyasət

24.09.2020 - 19:17

Müdafiə Nazirliyi məlumat yayıb 

 

Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçirilir.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Uçuşlar zamanı əsas diqqət müxtəlif hündürlüklərdə və sürətlərdə hücum və müdafiə manevrlərindən istifadə edərək pilotaj texnikasına yönəldilir.

 

Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını icra edirlər.

Müəllif: Ayna.az