Ölkə əhalisinin sayı 54 min 701 nəfər artıb
İlin əvvəlindən ölkə əhalisinin sayı 54 min 701 nəfər və ya 0,5 faiz artıb. Bu barədə AYNA-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, 2020-ci il noyabr ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin sayı 10 milyon 121 min 809 nəfərə çatıb.
Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri təşkil edib. Eləcə də, əhalinin 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.
Müvafiq dövr ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 106 min 569 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib.
Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.