Azad edilmiş ərazilərdə Ermənistanın 2 ədəd BM-21 “Qrad”ı tapılıb - <font color=red> FOTO</font>

Xəbərlər

03.06.2021 - 15:27

Qurğular mərmiləri ilə birlikdə, atəşə hazır vəziyyətdə aşkarlanıb

 

Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi aşkar edilib. AYNA xəbər verir ki, bu barədə “Caliber.az”a hərbi dairələrdəki mənbələrdən bildirilib.

 

Qurğular mərmiləri ilə birlikdə, atəşə hazır vəziyyətdə tapılıb. Döyüş meydanında düşmən tərəfindən tərk edilən silah çox yaxşı vəziyyətdə qalıb.

 

Aydındır ki, çaxnaşma içində geri çəkilən Ermənistan ordusu  “Bayraktar”ın hədəfinə çevrilməmək üçün döyüş əməliyyatları zamanı onları ərazidən çıxartmağa cəsarət etməyib və gizlətməyə çalışıb.

 

“Qrad”ın yerləşdiyi ərazinin ətrafı minalanıb. Ancaq gizli olan hər şey gec-tez bəlli olur. Kiçik təmirdən sonra “Qrad”lar Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

Müəllif: Ayna.az