Axtarışda olan 22 nəfər saxlanılıb

Xəbərlər

05.11.2020 - 15:04

Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub

 

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 22 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş