Avtomobil qəzası baş verib, ölən və yaralananlar var

Hadisə

22.01.2020 - 10:35

Həkimlər Klinikalar SEO Xidməti

Faktla bağlı araşdırma aparılır

 

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, qəza şəhərin giriş hissəsində Sülh küçəsində qeydə alınıb.

 

"Mercedes Sprinter" markalı mikroavtobusun sürücüsü idarəetməni itirərək, Sülh prospektində yolu keçən gənc oğlanı vurub. Qəza nəticəsində piyada - 1993-cü il təvəllüdlü Məmmədov Tural Məmməd oğlu aldığı xəsarətlərdən ölüb. 

 

Mikroavtobusun sürücüsü piyadanı vurduqdan sonra nəqliyyat vasitəsini yol kənarındakı işıq dirəyinə çırpıb.

 

Sürücü  - 1972-ci il təvəllüdlü Elimdar Hüseynov və sərnişin - 1995-ci il təvəllüdlü Aidə Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar. 

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş