Məhəmməd İslaminin ABŞ administrasiyasının təzyiqi ilə girişinə icazə verilməyib
Avstriya ABŞ administrasiyasının təzyiqi ilə bazar ertəsi Vyanada açılan MAQATE Baş Konfransında iştirak etmək niyyətində olan İran Atom Enerjisi Təşkilatının (AEOİ) rəhbəri və İranın vitse-prezidenti Məhəmməd İslaminin ABŞ administrasiyasının təzyiqi ilə girişinə icazə verməyib. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, "İslaminin BMT-nin sanksiyalardan imtina etməsi ilə bağlı tələbinin rədd edilməsi onun Avstriyaya daxil olmasına imkan verəcəkdi. Lakin ABŞ-ın çağırışlarından sonra icazə verilməyib".
İslaminin bazar ertəsi Vyanada keçiriləcək MAQATE konfransında çıxış etməsi planlaşdırılırdı.