Avropada qazın qiyməti kəskin şəkildə qalxıb

Dünya

25.10.2021 - 12:40

Qiymət artımı Avropada yanacaq çatışmazlığının davam etməsi və gedən enerji böhranı fonunda baş verir

Londonun ICE birjasında təbii qazın qiyməti min kubmetr üçün 1153 dollara yüksəlib. AYNA-nın xarici mediaya istinadən məlumatına görə, yanacaq hər min kubmetr üçün 1115 dollardan satılır.

Qiymət artımı Avropada yanacaq çatışmazlığının davam etməsi və gedən enerji böhranı fonunda baş verir.

Mütəxəssislər mavi yanacağın qiymətinin artması səbəbləri ilə bağlı fərqli fikirdədirlər.

Bir sıra avropalı siyasətçilər və ekspertlər hesab edirlər ki, vəziyyətə qaz tədarükünün məhdudlaşdırılması ilə “Şimal axını 2” qaz kəmərinin ən erkən sertifikatlaşdırılmasına nail olmağa çalışan “Qazprom”un hərəkətləri təsir göstərib.

Müəllif: Ayna.az