Avropa ölkəsi karantindən çıxır

Dünya

20.04.2020 - 14:53

cedabet dərman SEO Xidməti

Hələlik sərhədlərin açılmasına qərar verilməsə də, ölkədaxili gediş-gəliş bərpa olunur

 

Çex Respublikası bu gün karantin rejimindən çıxmaq üçün birinci mərhələyə başlayır. AYNA xarici mediaya istinadən xəbər verir ki, artıq ölkədə fermerlərin bazarları, avtomobil ticarəti və digər kiçik müəssisələr 12 martdan başlayan karantim rejimindən sonra fəaliyyəti bərpa edib.

 

Məlumatda bildirilir ki, bu gün hökumət səyahət məhdudiyyətlərinin götürülməsi məsələsini də müzakirə edəcək. Xarici İşlər naziri Tomas Petricek deyib ki, sərhədlərin əvvəlcə işgüzar və sahibkarlıq məqsədləri üçün açılacağı nəzərdə tutulur: “Adi vətəndaşlar isə epidemioloji vəziyyətdən asılı olaraq, yalnız mayın ortalarında qonşu ölkələrə səyahət edə biləcəklər. Şengen sərhədlərinin açılması üçün qonşu ölkələrdəki vəziyyət də nəzərə alınmalıdır”.

 

Ölkə Prezidenti Miloş Zeman isə sərhədlərin bir il bağlı qalmasını istədiklərini və bunun əvəzinə insanların ölkə daxilində səhayətlərə çıxmasını tövsiyə etdiklərini bildirib.

 

Qeyd edək ki, Çex Respublikasında 6700 nəfərdən çox insanın koronavirusa yoluxması təsdiqlənib, 186 nəfər isə dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş