Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Xəbərlər

25.08.2026 - 22:55

Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. AYNA.AZ xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bundan əvvəl avqustun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, avqustun 21-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş