Qazax kinorejissoru dünyasını dəyişib
Görkəmli qazax kinorejissoru, pedaqoq Ardak Amirkulov vəfat edib. AYNA.AZ Azərtac-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ardak Amirkulov həyatını milli kinematoqrafiyanın inkişafına həsr edib və Qazaxıstanda kino sənətinin inkişafına mühüm töhfələr verib.
İstedadlı rejissor, təcrübəli pedaqoq bir neçə nəsil rejissorun peşəkar inkişafında da mühüm rol oynayıb.
Amirkulovun “Otrarun ölümü”, “Abay”, “Əlvida, Gülsarı!” və digər filmləri milli kinematoqrafiyanın qızıl dövrünün bir hissəsinə çevrilib.
Nazirlik qeyd edib ki, kinorejissorun ekran əsərləri ölkə tarixinin, xalqın mənəvi dəyərlərinin və insan talelərinin dərin əks olunması baxımından tamaşaçılar və peşəkar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.