“Apple” ABŞ-da 5G şəbəkəsini qura bilər

Dünya

21.11.2019 - 23:58

Həkimlər Klinikalar SEO Xidməti

Donald Tramp: " Onlarda pul, texnologiyalar, baxışlar, yəni hər şeyi var!"

 

ABŞ prezidenti Donald Tramp “Apple” şirkətinin rəhbəri Tim Kuku ölkədə qabaqcıl 5G rabitə şəbəkəsinin qurulmasında iştirak etməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter”dəki səhifəsində yazıb: 

 

“Dünən Texas ştatının Ostin şəhərində 1 milyard dollarlıq yeni kampusun tikintisinə dair müzakirə üçün etdiyim səfər zamanı Tim Kukdan ABŞ-da 5G şəbəkəsini qurmaq məsələsinə baxmağı xahiş etdim. Onlarda pul, texnologiyalar, baxışlar, yəni hər şeyi var!", - D.Tramp qeyd edib. 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş