Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirilir

Xəbərlər

21.05.2025 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Konfransa Azərbaycan və Türkiyədən 250-dən çox iştirakçı qatılıb

Bu gün Türkiyənin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfrans keçirilir.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, konfransa Azərbaycan və Türkiyədən 250-dən çox iştirakçı qatılıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti səsləndirilib.

Müraciəti Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.

Konfrans çıxışlarla davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş