Almaniya ilə “Taliban” arasında razılaşma əldə olunub

Dünya

22.06.2026 - 10:08

Əfqanıstandan olan çinayətkarların deportasiyası sürətlənəcək

Almaniya hökuməti Əfqanıstandakı “Taliban” rejimi ilə əldə olunan razılaşma əsasında əfqan cinayətkarların vətənlərinə deportasiyasını sürətləndirəcək. AYNA.AZ xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, gələcəkdə ayda üç çarter reysi həyata keçirmək mümkün olacaq: “Bundan əlavə, müntəzəm reyslərlə fərdi qaydada geri qaytarılmalar da istənilən vaxt mümkündür”.

Almaniya DİN ilə Əfqanıstanın faktiki hakimiyyəti arasında danışıqlar texniki səviyyədə aparılıb. Berlin “Taliban” hökumətini rəsmi olaraq tanımadığı üçün danışıqlar bu formada xarakterizə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş