Aktiv vergi ödəyicilərinin sayı 3 faizdən çox artıb

İqtisadiyyat

11.08.2026 - 15:29

Aktiv vergi ödəyicilərinin sayı 888.320 təşkil edib

Bu il avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 faiz artaraq 888.320 təşkil edib. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd olunub ki, ölkə üzrə aktiv ƏDV ödəyicilərinin sayı isə 5,8 faiz artaraq 61.805 təşkil edib.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,5 faiz artıb və 243.263 olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş