Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb

Xəbərlər

02.12.2020 - 12:01

Həkimlər Klinikalar SEO Xidməti

Onların barələrində araşdırmalar davam etdirilir

 

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz tərk etmələrinə qarşı fasiləsiz tədbirlər həyata keçirirlər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan müvafiq araşdırmalar nəticəsində rayonun Dağkəsəmən kənd sakinləri Məmməd Heydərov və həyat yoldaşı Gülnarə Heydərovanın koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdıqları yerlərə getməməli olduqları halda yaşadıqları evi tərk etmələri aşkarlanıb.

 

Həmin şəxslər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə evə göndərilib. Onların barələrində Ağstafa Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş