Fərdi vasitələrdən düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə elan olunan xüsusi karantin rejimi qaydaları çərçivəsində Ağdaşda polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, qapalı məkanlarda keçirilən tədbirlər zamanı sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib.
Həmçinin sahibkarlarla profilaktik söhbətlər aparılıb, pandemiya dövrünün tələblərinə məsuliyyətli yanaşmalarının vacibliyi onların diqqətinə çatdırılıb.
Yoxlamalar zamanı ümumilikdə bir neçə mağazada tibbi maskadan istifadə etməyən alıcı və satıcılara rast gəlinib ki, onların da barəsində intizam tənbeh tədbiri görülüb.