Ağdama növbəti köç olub

Xəbərlər

01.09.2026 - 16:25

117 ailə olmaqla 362 nəfər doğma şəhərinə köçürülüb

Ağdama növbəti köç olub. AYNA.AZ xəbər verir ki, Ağdam şəhərinə köçən ailələrə yeni mənzillərinin açarları təqdim olunub və onlar yaşayış sahələrində yerləşdiriliblər.

Bu mərhələdə 117 ailə olmaqla 362 nəfər doğma şəhərinə köçürülüb. Onlardan 82 ailə Bakıdan, digər ailələr isə Bərdə, Mingəçevir, Sumqayıt, Ağcabədi, Ağdam, Ağdaş, Abşeron, İsmayıllı, Beyləqan və Gəncə şəhər və rayonlarından köçürülüb.

Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 1 şəhər və 10 rayonun 47 yaşayış məntəqəsində 9 831 ailə, yəni 39 631 nəfər məskunlaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş