Bəzi spreylərdə koronavirusu öldürən maddəyə rast gəlinib
İngilis araşdırmaçılar ağcaqanadlara qarşı istifadə edilən bəzi spreylərdə koronavirusu öldürən maddəyə rast gəliblər. AYNA xəbər verir ki, virusu öldürdüyü iddia edilən bu maddə evkalipt ağacından əldə edilirmiş.
Ağcaqanad və böcəkləri qovan spreydəki “Citriodiol” adlı maddənin COVID-19-a qarşı təsir gücünə malik olduğu, hansısa bir yan təsiri olmadığı bildirilir.
Digər yandan, evkalipt yağı emal edən "Citrefine International" Baş direktoru Jacqueline Watson əllərinə yaxşı bir şans keçdiyini, ancaq alimlərin ciddi bir test prosesinə başlamalarının vacib olduğunu deyir.
Ancaq alimlər bu xəbərin yayılmasından ehtiyat edirlər. Çünki qaramat basmış qaragüruhun bu spreyi içməyəcəyinə əminlik toxdur.