Ağcabədidə narkotacir tutulub

Hadisə

16.05.2021 - 12:05

Ağcabədi sakinindən marixuana götürülüb

 

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə narkotik vasitə olan marixuananın alqı-satqısı ilə məşğul olan Hindarx qəsəbə sakini Sadiq Gözəlov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqramdan artıq marixuana və 10 qramdan artıq çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb.


Faktla bağlı Ağcabədi RPŞ-dəaraşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş