İndiyə qədər tibbi personaldan 27 nəfəri həyatını itirib
Koronavirus pandemiyasının mərkəzi olan ABŞ-da Tramp hökuməti ilə vətəndaşlar arasında tez-tez çıxan narazılıqlar davam edir.
AYNA xarici mediaya əsasən xəbər verir ki, bu dəfə narazılıq xəstəxana rəhbərləri və səhiyyə işçiləri arasında olub. Bu səbəbdən bir qrup tibb bacısı Ağ Ev qarşısında etiraz aksiyası keçirib.
Hətta Nyu-Yorkda həm ştat rəhbəri, həm də iki xəstəxana direktorundan məhkəməyə şikayət ediblər. Etirazçıların ən böyük şikayəti onların koronavirusla bağlı təhlükəsizlik tədbirlərində lazımı vəsaitələrlə təmin olunmamalarıdır.
Beynəlxalq tibb işçiləri birliyi Ağ Ev qarşısındakı etiraz aksiyasındakı tələblərlə razı olduğunu və həmkarlarına dəstək verdiklərini bəyan edib.
Etirazçıalara cavab olaraq, ABŞ Xəstəliklərin İdarəolunması və Profilaktikası Mərkəzinin yaydığı xəbərə görə, ölkədə 9 mindən çox səhiyyə işçisi test edilib. Buna baxmayaraq, indiyə qədər tibbi personaldan 27 nəfəri həyatını itirib.