Ağ Ev Əliyev və Paşinyanın Sülh Şurasında əl sıxdığı şəkli paylaşıb

Aktual

20.02.2026 - 23:26

“Bugünkü görüş sübut edir ki, qətiyyətli liderliklə hər şey mümkündür”

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Evin sosial media səhifəsində dünən Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edib.

AYNA.AZ xəbər verir ki, Ağ Evin paylaşdığı tarixi şəkillər arasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın əl sıxdığı şəkli də var.

"Sülhdən daha vacib heç nə yoxdur. Bugünkü görüş sübut edir ki, qətiyyətli liderliklə hər şey mümkündür. Mən vəzifəyə başlayanda Qəzzadakı müharibə qızışırdı... Qəzzadakı müharibə bitdi", - deyə Ağ Ev ABŞ Prezidenti Donald Trampın sözlərini qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş