İmzalanma mərasiminin liderlər arasında yaranmış çəkişmə səbəbindən baş tutmadığı qeyd edilir
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra nadir torpaq metallarına dair saziş imzalanmayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin böyük müxbiri Jaki Henrix məlumat verib.
Henrix “X” səhifəsində yazıb: "Sazişin imzalanması ləğv edilib".
İmzalanma mərasiminin ABŞ Prezidenti ilə Ukrayna liderinin arasında yaranmış çəkişmə səbəbindən baş tutmadığı qeyd edilir.
Bundan əlavə, Henrix liderlərin mətbuat konfransının da ləğv edildiyini təsdiqləyib.