Kazem Qəribabadi: "Dörd ixtisaslaşmış işçi qrupu yaradılıb”
İran və ABŞ münaqişələrin həlli məsələləri üzrə dörd ixtisaslaşmış işçi qrupu yaratmaq barədə razılığa gəliblər. AYNA.AZ xəbər verir ki, bu barədə “Press” TV İran xarici işlər nazirinin müavini Kazem Qəribabadiyə istinadən məlumat yayıb.
"Dörd ixtisaslaşmış işçi qrupu yaradılıb: sanksiyalardan azad etmə üzrə işçi qrupu, nüvə üzrə işçi qrupu, yenidənqurma və iqtisadi inkişaf üzrə işçi qrupu və monitorinq və tətbiq üzrə işçi qrupu", - deyə bildirib.
Tərəflər həmçinin Hörmüz boğazından gəmiçiliklə bağlı iki ölkə arasında xüsusi əlaqə məntəqəsi yaratmaq barədə razılığa gəliblər.