ABŞ nümayəndələri Ermənistana gəlib

Dünya

10.07.2026 - 12:19

TRIPP-in keçəcəyi ərazi qiymətləndirilib

ABŞ-ın mühəndislik və konsaltinq şirkəti AECOM-un nümayəndə heyəti TRIPP layihəsi çərçivəsində Ermənistana səfər edib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

“AECOM komandası və Ermənistan hökumətinin tərəfdaşları iqtisadi artımı, nəqliyyat əlçatanlığını və regional inteqrasiyanı təşviq edəcək dəmir yolu və digər infrastrukturun inkişafı məqsədilə TRIPP layihəsinin həyata keçiriləcəyi ərazini qiymətləndiriblər”, – açıqlamada qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş