ABŞ Livandakı səfirliyini müvəqqəti bağlayıb

Dünya

04.03.2026 - 00:30

“Mövcud regional gərginliklə əlaqədar olaraq ABŞ-ın Beyrutdakı səfirliyi növbəti bildirişədək bağlanacaq”

ABŞ Yaxın Şərqdə artan gərginlik fonunda Beyrutdakı səfirliyini müvəqqəti olaraq bağlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” platformasında yayılan bəyanatında bildirilib.

“Mövcud regional gərginliklə əlaqədar olaraq ABŞ-ın Beyrutdakı səfirliyi növbəti bildirişədək bağlanacaq”, – deyə açıqlamada qeyd olunub.

Bəyanata əsasən, planlaşdırılmış və təcili konsulluq qəbulları da ləğv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş