ABŞ dövlət katibi Rusiyaya başsağlığı verib

Dünya

03.06.2025 - 12:31

cedabet dərman SEO Xidməti

Rubio hadisəyə Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı toxunub

ABŞ dövlət katibi Marko Rubio Rusiyanın Bryansk və Kursk vilayətlərində dəmir yollarında baş vermiş hadisədə insan tələfatı ilə bağlı Moskvaya başsağlığı verib. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Rubio hadisəyə iyunun 1-də Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı toxunub.

"ABŞ-ın dövlət katibi Marko Rubio iyunun 1-də Bryansk və Kursk vilayətlərində dəmir yolu infrastrukturunda baş vermiş hadisələr nəticəsində mülki vətəndaşların həlak olması ilə bağlı səmimi başsağlığı verib", - XİN-in məlumatında vurğulanıb.

XİN-dən həmçinin qeyd edilib ki, səlahiyyətli orqanlar hərtərəfli araşdırma aparır və nəticələri çox yaxın vaxtlarda açıqlanacaq: “Günahkarlar mütləq müəyyən olunacaq və mütləq cəzalarını alacaqlar”.

“Regnum” xəbər agentliyinin verdiyi məlumata görə, mayın 31-də axşam saatlarında Bryansk vilayətində Vıqoniçski rayonunda körpü uçub. Bu zaman Klimovdan Moskvaya gedən sərnişin qatarı körpünün altından keçirmiş. Hadisə nəticəsində üçü uşaq olmaqla 71 nəfər xəsarət alıb, yeddi nəfər ölüb. Bölgədə həlak olanlar üçün üç günlük matəm elan edilib.

Bundan başqa, elə həmin gecə Kursk vilayətinin Jeleznoqorsk rayonunda Trosna-Kalinovka avtomobil yolunun 48-ci km-də yük qatarı keçərkən körpü uçub. Üç nəfər – maşinist və köməkçiləri xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Bryansk və Kursk yaxınlığında baş verənləri “faciə” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş