Dövlət Departamenti əməkdaşlarının Yaxın Şərqdəki mövcudluğuna qoyulan bəzi məhdudiyyətləri aradan qaldırmağa başlayıb
Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının başlamasından sonra Yaxın Şərqi tərk edən amerikalı diplomatlar regiondakı səfirliklərinə qayıdırlar. AYNA.AZ xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, Dövlət Departamenti bu həftə əməkdaşlarının Yaxın Şərqdəki mövcudluğuna qoyulan bəzi məhdudiyyətləri aradan qaldırmağa başlayıb. Lakin agentlik qeyd edir ki, regiondakı əksər Amerika diplomatik nümayəndəlikləri hələlik tam ştata qayıtmaq niyyətində deyil.
AP-in yazdığına görə, bu tədbirlər Vaşinqtonun İranla münaqişəyə yanaşmasındakı dəyişikliklə əlaqəli deyil, əksinə, Dövlət Departamentinin kadr siyasətindən irəli gəlir. Bu siyasət diplomatların tapşırıqlarından kənarda keçirə biləcəkləri vaxtı məhdudlaşdırır.
Daha əvvəl “The New York Times” qəzeti Dövlət Departamentinin daxili sənədlərinə istinadən ABŞ hakimiyyət orqanlarının diplomatları Yaxın Şərq ölkələrindəki səfirliklərə qaytarmağa hazırlaşdığını yazmışdı.