ABŞ-da təyyarə atəşfəşanlıq səbəbindən eniş zamanı zədələnib

Dünya

06.07.2026 - 11:07

Pirotexniki mərmidən dəyən ziyan minimal olub və yalnız təyyarənin xarici hissəsinə təsir edib

Çikaqo hava limanına eniş edərkən təyyarə ABŞ-ın Müstəqillik Günü münasibətilə keçirilən atəşfəşanlıq nəticəsində zədə alıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyasından (FAA) bildirilib.

Məlumata görə, hadisə 4 iyul şənbə günü, yerli vaxtla təxminən saat 20:30-da baş verib.

““Delta Air Lines” təyyarəsinin pilotu eniş zamanı təyyarəyə pirotexniki vasitə dəydiyini düşdüyünü bildirib", - qeyd olunub.

Hadisə nəticəsində heç kim xəsarət almayıb və eniş hadisəsiz keçib.

Polisin məlumatına görə, pirotexniki mərmidən dəyən ziyan minimal olub və yalnız təyyarənin xarici hissəsinə təsir edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş