Ştamm San-Fransisko Körfəzində yaşayan bir nəfərdə aşkarlanıb
ABŞ-da koronavirusun ilk dəfə Hindistanda aşkarlanan ikiqat mutasiyalı “Hindistan ştammı” müəyyənləşdirilib.
AYNA xəbər verir ki, bu barədə “San Francisco Chronicle” qəzeti Stanford Kliniki Virusologiya Laboratoriyasının mütəxəssislərinə istinadən məlumat yayıb.
Bildirilib ki, ştamm San-Fransisko Körfəzində yaşayan bir nəfərdə aşkarlanıb. “Hindistan ştammı” ilə təmasda olan daha yeddi nəfər test edilib və nəticələr gözlənilir.
Bu ştamm martın sonunda ortaya çıxıb.