ABŞ-da etirazçılara qarşı kimyəvi silahlardan istifadə edilir - <font color=red> İDDİA</font>

Dünya

03.06.2020 - 13:07

“İnsanlar öskürür, fəryad edir və ağlayırdılar”

 

ABŞ-da bir həftədən çoxdur davam edən etiraz aksiyaları ilə bağlı yeni iddialar irəli sürülüb. AYNA xəbər verir ki, artıq Vaşinqtona 1600 nəfər əsgərdən ibarət heyət göndərilib.

 

“Washington Post” qəzetinin müxbiri Rebekka Tan isə Ağ Evin qarşısında davam edən nümayişlərlə bağlı yeni iddia qaldırıb. O, “Twitter”də yazdığı açıqlamada polisin Ağ Ev yaxınlığında etirazçılara qarşı gözyaşardıcı qaz və kimyəvi silahlardan istifadə etdiyini bildirib: “Saat 12:30-da baş verən dinc etirazların sonunda Ağ Evin qarşısındakı təhlükəsizlik qüvvələri etirazçılara bibər qazı və kimyəvi silahlar vasitəsilə atəş açdı. İnsanlar öskürür, fəryad edir və ağlayırdılar”.

Baş verənlərlə bağlı məlumat verən “CNN” müxbiri Aleks Marquardt isə Ağ Evin yaxınlığında 200-250 nümayişçinin polisə qarşı təxribat hazırladığını bildirib: “Polis onlara daş və fişənglərlə hücum edən etirazçılara gözyaşardıcı qaz və bombalarla cavab verib. Hazırda Milli Qvardiya etirazları yatırmağa çalışır. Ancaq mən hadisə yerində hərbi polislərə rast gəlmədim”.

Müəllif: Ayna.az