ABŞ-da donuz böyrəyinin insana köçürülməsi sınaqdan keçiriləcək

Maraqlı

04.02.2025 - 21:23

Həkimlər Klinikalar SEO Xidməti

“United Therapeutics” və “eGenesis”ə klinik sınaqların aparılmasına icazə verilib

ABŞ-da geni dəyişdirilmiş donuzların böyrəklərinin insanlara köçürülməsi üçün sınaqları təsdiqləyib. AYNA xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti yazıb.

Nəşrin məlumatına görə, Qida və Dərman İdarəsi iki şirkətə - “United Therapeutics” və “eGenesis”ə klinik sınaqların aparılmasına icazə verib.

Tədqiqat son mərhələdə böyrək çatışmazlığı olan altı xəstəni əhatə edəcək. Gələcəkdə iştirakçıların sayının 50-yə çatdırılması planlaşdırılır. “United Therapeutics”in ilk əməliyyatının 2025-ci ilin ortalarında baş tutacağı gözlənilir.

Qeyd olunur ki, “eGenesis” şirkəti tərəfindən daha üç böyrək köçürüləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş