ABŞ-da ağır yol qəzası: 5 nəfər ölüb, 35 nəfər yaralanıb - <font color=red> VİDEO</font>

Dünya

12.02.2021 - 07:21

Qəzaya səbəb yolun buz bağlaması olub

ABŞ-ın Texas ştatında baş verən ağır yol qəzasında azı 5 nəfər ölüb. AYNA xəbər veirir ki, bu barədə Fort-Uort şəhər polisinin əməkdaşı Daniel Siqura açıqlamasında bildirib. 

 

Hadisə ilə bağlı məlumatların dəqiqləşdirilməsi davam etdirildiyi bildirilib.

 

NBC kanalının yerli şöbəsinin verdiyi məlumata görə, təxminən 35 nəfər xəstəxanaya yerləşdirilib.

 

Ümumilikdə, ştatın mərkəzi magistral yollardan birində, təxminən 100 avtomobil toqquşub. 

 

Qəzaya səbəb yolun buz bağlaması olub.

 

Ştatın digər bölgələrində də ağır yol qəzaları baş verib. Azı 3 nəfərin öldüyü təsdiqlənib.

Müəllif: Ayna.az