“Amerika rəsmiləri Braziliya və ya Çin kimi qeyri-Avropa ölkələrini əhatə edəcək fərqli növ sülhməramlı qüvvələr təklif edir"
ABŞ silahlı münaqişənin həll olunacağı təqdirdə Ukraynaya təkcə Avropa İttifaqından (Aİ) qoşun göndərməyi təklif etmir, həm də Çin və Braziliyadan qüvvələr cəlb etməyi təklif edir. AYNA xəbər verir ki, bu barədə “Economist” qəzeti mənbələrinə istinadən yazıb.
“Amerika rəsmiləri Braziliya və ya Çin kimi qeyri-Avropa ölkələrini əhatə edəcək fərqli növ sülhməramlı qüvvələr təklif edir", - mənbə bildirib.
Xüsusilə qeyd olunub ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens Münhen Təhlükəsizlik Konfransı zamanı bu tədbiri müzakirə edib. Güman edilir ki, bu qüvvələr bufer zonasına çevriləcək döyüş əməliyyatları xətti boyunca yerləşdirilə bilər.