ABŞ Azərbaycanın biznesmen qadınları üçün 2 milyon dollar ayırıb

Cəmiyyət

19.08.2020 - 14:19

Qadındar yeni biznesə başlamaq imkanını əldə edəcəklər

 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun müavini Bonni Qlik, ABŞ-ın Dövlət Departamentinin Katibinin müavini Stiven Biequn və ABŞ Prezidentinin məsləhətçisi İvanka Tramp birgə bəyanatla çıxış edərək bildiriblər ki, Prezident Donald Tramp tərəfindən 2019-cu ilin fevralında təsis edilən və Ağ Evin rəhbərliyi ilə həyata keçirilən “Qadinların Qlobal İnkişafı və Rifahı Naminə” Təşəbbüsü (W-GDP) çərçivəsində yeni fəaliyyətlər və tərəfdaşlıqlar üçün 122 milyon ABŞ dolları ayrılıb.

 

ABŞ-ın Azərbaycandakı səfirliyindən AYNA-ya bildirilib ki, “W-GDP” Fondundan ayrılmış 2 milyon ABŞ dolları dəyərində vəsait Azərbaycanda fəaliyyət göstərən USAID təşkilatı, qadınlar tərəfindən idarə olunan və qadınlara yönəlmiş biznes və peşəkar assosiasiyaların imkanlarının artırılmasına yardım edəcək.

 

Sözügedən platformalar biznes sahəsində çalışan qadınlara öz sözlərini deməyə, habelə onlara təlim, resurslar və bazarlara kollektiv çıxşı əldə etməyə yardım edəcək. “W-GDP” Fondu sahibkar qadınlara bazarlara, maliyyə mənbələrinə və şəbəkələrə, təlim və digər resursları əldə etməyə imkan yaradır.

 

Qadındar əldə etdikləri bu bacarıqlar sayəsində yeni biznesə başlamaq və onun inkişafı ilə bağlı çətinlikləri aradan qaldırılmaq imkanını əldə edəcəklər.

 

ABŞ Prezidentinin məsləhətçisi İvanka Tramp bildirmişdi ki, “W-GDP” Fondu qadınların iqtisadi zənginliyinin artmasına xidmət edən proqramların maliyyələndirilməsi və inkişafı üçün yaradılıb: “Biz ABŞ hökumətinin və özəl sektorun resurs və təcrübəsindən istifadə edərək, fəaliyyətlərin həyata keçirildiyi icmalarda davamlı və dərin səmərə verməsini təmin edirik”.

 

Məlumatda qeyd edilir ki, bu il Azərbaycan dünyanın 60-dan çox dövlətinə qatılaraq “W-GDP” təşəbbüsünün irəliləməsinə təkan verib. “W-GDP” təşəbbüsü qadınlara, həm iqtisadiyyatda iştirak, həm də rifahın və milli təhlükəsizliyin irəliləməsi sahəsində imkanları artırır. İqtisadi baxımdan zəngin imkanlara malik qadınlar öz ailə və icmalarına yenidən sərmayələr yatıraraq, qlobal sülh və sabitliyə təkan verən

iqtisadi artıma töhfə verirlər.

 

Qeyd edək ki, 2019-cu ilin fevralında Ağ Ev qadınların iqtisadi imkanlarını gücləndirməsinə xidmət edən və Birləşmiş Ştaların hökuməti tərəfindən tam həyata keçirilən ilk layihəsini, Qadınların Qlobal İnkişafı və Rifahı Naminə (W-GDP) təşəbbüsünü təsis edib. Qadınların iş yerlərində inkişafı, sahibkar qadınların rifahının artması, və qadınların iqtisadiyyatda rolunun güclənməsi kimi üç əsas istiqamətə yönəlmiş “W-GDP” təşəbbüsünün məqsədi 2025-ci ildə inkişaf edən dövlətlərdə yaşayan 50 milyon qadını əhatə etməkdən ibarətdir. “W-GDP” təşəbbüsü yeni innovasiya fonduna təkan verərək sözügedən üç istiqamətə yönəlmiş özəl-ictimai tərəfdaşlığı inkişaf etdirir. Keçirildiyi ilk ildə “W-GDP” təşəbbüsü dünyanın müxtəlif dövlətlərində yaşayan 12 milyon qadını əhatə edib.

undefined

Müəllif: Ayna.az