Zurabişvili Trampın andiçmə mərasiminə dəvət olunub

Dünya

28.12.2024 - 08:32

Həkimlər Klinikalar SEO Xidməti

“Gürcüstanın yeganə qanuni lideri olan Zurabişvilini Trampın andiçmə mərasimində iştirak etməyə dəvət edirəm”

Respublikaçı konqresmen Co Vilson Gürcüstan Prezidenti Salome Zurabişvilini ABŞ-ın yeni Prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət edib.

“Səmimi minnətdarlıq hissi ilə Gürcüstanın yeganə qanuni lideri olan Prezident Salome Zurabişvilini Donald Trampın andiçmə mərasimində iştirak etməyə dəvət edirəm: “Mən onun İvanişvili və onun Çin Kommunist Partiyası və İran rejimindəki müttəfiqlərinin hücumları qarşısında göstərdiyi cəsarətə dərin heyranam”, - Vilson sosial mediada yazıb.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də Vaşinqtonda keçiriləcək. Formal olaraq Salome Zurabişvilinin səlahiyyətləri dekabrın 29-da, Mixeil Kavelaşvilinin andiçmə mərasimindən sonra başa çatacaq. O, “Gürcü Arzusu”nun üzvləri tərəfindən ölkənin altıncı Prezidenti seçilib. İndiyədək Kavelaşviliyə ABŞ və ya Avropa ölkələrindən seçilməsi ilə bağlı təbriklər gəlməyib.

Zurabişvili Gürcüstanda yeni parlament seçkiləri təyin olunana qədər istefa verməkdən imtina edir.

Gürcüstanla ABŞ arasında münasibətlər hazırda ən aşağı səviyyədədir. Vaşinqton “Gürcü Arzusu” hökumətinin üzvlərinə, partiya liderlərinə və onlarla əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib, onları demokratiyaya zərbə vurmaqda, insan haqlarını pozmaqda və Rusiyaya meyl etməkdə ittiham edib.

“Gürcü Arzusu”  dəfələrlə Trampın Ağ Evə qayıtmasından sonra vəziyyətin kökündən dəyişəcəyinə, Tiflis və Vaşinqtonun yenidən işə başlayacağına əmin olduğunu bildirib.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş