Zelenski yenidən prezidentliyə namizəd olmaq qərarı verib

Dünya

09.01.2025 - 12:11

Həkimlər Klinikalar SEO Xidməti

Ona Valeri Zalujnının rəqib olacağı iddiaları var

Ukrayna Prezidenti Volodimir Zelenski artıq ikinci müddətə prezidentliyə namizəd olmaq qərarına gəlib. Lakin Ukrayna lideri bunu açıq şəkildə təsdiqləməyib. Bu barədə Ukraynanın “Teleqraf” nəşri dövlət başçısının yaxın ətrafına istinadən yazıb.

Nəşr qeyd edir ki, 52 faizlə onun prezident seçkilərində qalib gəlmək şansı var, bir şərtlə ki, Zelenskinin əsas rəqibi, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeriy Zalujnı namizəd olmasın.

“Teleqraf” yazır ki, müxtəlif siyasi qüvvələr Zalujnının adından seçkiqabağı təşviqat məqsədləri üçün istifadə etməyə çalışırlar: “Batkivşina”nın lideri, keçmiş Baş nazir Yuliya Timoşenko, keçmiş Prezident Petro Poroşenko da. Nəşrin yazdığına görə, Prezident Aparatının rəhbəri Andrey Yermak Zalujnıya deyib ki, əgər seçkilərdə öz namizədliyini irəli sürməsə, Zelenskini dəstəkləsə, hakim “Xalqın xidməçisi” Partiyasının parlament seçkilərində siyahısında adı birinci yerdə olar və Ali Radanın spikeri kürsüsünə əyləşə bilər. Əks halda, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı cinayət təqibi ilə üzləşə bilər. Məsələn, 2022-ci ildə Xersonun Rusiya qoşunlarına təslim olması ittihamı ilə həbs oluna bilər.

“Teleqraf”ın sorğusuna cavab olaraq Zalujnı siyasi planlarını şərh etməkdən imtina edərək, qısa cavab verib: “Birincisi, biz dövlətçiliyi qoruyub saxlayacağıq. Sonra danışarıq”.

Əvvəllər Zelenski dəfələrlə müharibə zamanı seçkilərin keçirilməsinin mümkünsüzlüyündən danışıb: “Dünyada heç kim Ukraynada seçkilərin keçirilməsini tələb etməyib və tələb etmir. Birincisi, Ukraynaya ədalətli sülh lazımdır, sonra ukraynalılar ədalətli seçkilər keçirəcək”.

Bununla belə, “Teleqraf”ın məlumatına görə, cəbhədəki çətin vəziyyətə və seçki prosesinin necə təşkil olunacağının dəqiqləşməməsinə baxmayaraq, Ukraynadakı müxtəlif siyasi qüvvələr “qarşıdan gələn seçkilərlə bağlı davamlı məsləhətləşmələr aparır”.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş