Zelenski yeni sanksiyalar paketini təsdiqləyib: Aretoviç də siyahıdadır

Dünya

01.05.2025 - 21:24

Həkimlər Klinikalar SEO Xidməti

Siyahıda Anastasiya Kaşevarova, Miroslav Oleşko, Konstantin Bondarenko da var

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 76 fiziki və 81 hüquqi şəxsə qarşı sanksiyaların tətbiqi ilə bağlı qərarları haqqında fərman imzalayıb. AYNA.AZ xəbər verir ki, fərman bu gün Ukrayna dövlət başçısının saytında dərc olunub.

267/2025 saylı fərmanın əlavəsində doqquz şəxs göstərilir: iki Rusiya Federasiyasının və yeddi Ukrayna vətəndaşı. Onların arasında Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç, rusiyalı təbliğatçı Anastasiya Kaşevarova, bloger Miroslav Oleşko, politoloq Konstantin Bondarenko da var.

Sanksiyalar dövlət mükafatlarından və digər mükafat formalarından məhrumetmə, aktivlərin bloklanması, ticarət əməliyyatlarının dayandırılması və resursların Ukrayna ərazisindən tranzitinin, uçuşların və daşımaların dayandırılmasını əhatə edir.

Ölkədən kənara kapital axınının qarşısının alınması, medianın yayılmasının qadağan edilməsi və digər iqtisadi-maliyyə tədbirlərindən də bəhs olunur. Bu sanksiyaların tətbiqi müddəti bəzi bəndlər üçün “qeyri-müəyyən”, digərləri üçün isə on il müddətinə müəyyən edilib.

Siyasətçi və iş adamı Aleksey Azarov və “Rosatom”un baş direktoru Aleksey Lixaçev də daxil olmaqla, altı fiziki və 36 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş