Zelenski: “Ukrayna NATO-ya qəbul edilməsə, ikinci Əfqanıstan ola bilər”

Dünya

18.02.2025 - 22:18

Həkimlər Klinikalar SEO Xidməti

“Düşünürəm ki, heç kim Əfqanıstandakı vəziyyətin təkrarlanmasını görmək istəmir”

Şimali Atlantika Alyansına (NATO) üzvlükdən imtina edilərsə, Ukrayna ikinci Əfqanıstana çevrilmək riski ilə üzləşir. AYNA xəbər verir ki, bu barədə ARD telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Siz NATO-ya üzvlük məsələsini sadəcə olaraq gündəmdən çıxara bilməzsiniz. Bu, belə işləmir. Düşünürəm ki, heç kim Əfqanıstandakı vəziyyətin təkrarlanmasını görmək istəmir”, - deyə Zelenski bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş