Zelenski "Maşa və Ayı"nın yaradıcılarına qarşı sanksiyalar tətbiq edib

Dünya

21.08.2026 - 18:07

"İndi bu cizgi serialının yaradıcısı olan “Animaccord” studiyası sanksiyalar altındadır"

Ukrayna Prezidenti Volodimir Zelenski məşhur "Maşa və Ayı" cizgi serialının yaradıcılarına qarşı sanksiyalar tətbiq edib. AYNA.AZ xəbər verir ki, müvafiq sənəd Ukrayna Prezidentinin saytında dərc edilib.

Bildirilib ki, "İndi bu cizgi serialının yaradıcısı olan “Animaccord” studiyası sanksiyalar altındadır".

Sanksiyaların serialın prodüseri Dmitri Loveykoya qarşı yönəldiyi bildirilib. Animator Oleq Kuzovkov da siyahıya daxil edilib.

Zelenskinin veb saytında "Maşa və Ayı" cizgi serialının Ukraynanın milli təhlükəsizliyinə təhdid yaratdığı qeyd olunub. Sanksiyalara seriala ölkə daxilində girişin bloklanması da daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş