Zelenski ilə Pentaqon rəhbəri arasındakı görüşdə nələr müzakirə edilib?

Dünya

20.10.2021 - 09:05

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna Prezidenti ABŞ-ı təhlükəsizlik və müdafiə sahəsində əsas tərəfdaş adlandırıb

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ müdafiə naziri Lloyd Austinlə görüş keçirib. AYNA-nın xəbərinə görə, Prezidentin ofisinin saytında yayılan açıqlamada qeyd edilib ki, Ukrayna lideri ilə Pentaqon rəhbəri ABŞ-ın yardımlarından danışıblar.

Austinlə görüşdə Zelenski ABŞ-ı təhlükəsizlik və müdafiə sahəsində əsas tərəfdaş adlandırıb. Prezident Ukrayna Silahlı Qüvvələrinin imkanlarını gücləndirmək üçün ABŞ-ın verdiyi maddi və texniki yardıma görə Amerika tərəfinə təşəkkürünü bildirib. Bundan əlavə, görüşdə ikitərəfli əməkdaşlıq müzakirə olunub.

“Onlar Ukrayna Prezidentinin Vaşinqtona səfəri zamanı dövlətimizə 60 milyon dollar məbləğində əlavə təhlükəsizlik yardımı göstərilməsi ilə bağlı verilən qərarın icrasının sürətinin artırılmasının vacibliyini qeyd etdilər”, - deyə Zelenskinin ofisinin açıqlamasında qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş