Yol polisi Hacıqabuldakı qəza barədə məlumat yayıb

Hadisə

12.07.2026 - 11:44

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb

Baş Dövlət Yol Polisi İdarəsi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

İdarədən AYNA.AZ-a verilən məlumata görə, hadisə 12 iyul tarixində, saat 05:15-də Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində qeydə alınıb.

Alqışov Ramil Bilal oğlunun idarə etdiyi "Yutong" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə holun sol kənarındakı beton arakəsmələrə dəyib. Daha sonra aşıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş