Yaralı qazilərlə onlayn görüş keçirilib

Xəbərlər

17.12.2020 - 17:56

Həkimlər Klinikalar SEO Xidməti

Vətən müharibəsində yaralanmış qazilərimiz uşaq və gənclərə tanıdılır

 

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən İkinci Qarabağ müharibəsində yaralanmış qazilərlə onlayn görüş təşkil edilib.

 

Nazirlikdən AYNA-ya bildirilib ki, görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.

 

Görüşdə Vətən müharibəsi qaziləri ilə yanaşı, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, pedaqoji heyəti və dərnək üzvləri iştirak ediblər.

 

Qazilər müharibə ilə bağlı xatirələrini bölüşüblər, dərnək üzvlərini maraqlandıran sualları cavablandırıblar.

 

Bundan əlavə, Mərkəzin əməkdaşları müalicə alan qaziləri ziyarət edərək onlara mənəvi dəstək olublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş