XİN-dən Pompeonun Qarabağ açıqlamasına münasibət

Siyasət

16.10.2020 - 17:27

Həkimlər Klinikalar SEO Xidməti

“Bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil”

 

ABŞ Dövlət Katibi Maykl Pompeo bu gün “WSB Atlanta” televiziya kanalında “Erik Erikson Şou” verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi məsələ ilə bağlı açıqlama yayıb.

 

XİN-dən AYNA-ya verilən məlumata görə, Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil: “Bu fikirlər, həmçinin, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş