Xameneyi dəfn edilib

Dünya

10.07.2026 - 01:34

İranın keçmiş Ali Rəhbəri Məşhəddə İmam Rza məqbərəsində torpağa tapşırılıb

İranın keçmiş Ali Rəhbəri Seyid Əli Xameneyinin dəfn mərasimi onun doğma şəhəri Məşhəddə başa çatıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, onun cənazəsi İmam Rza məqbərəsində - iki il əvvəl helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin dəfn olunduğu yerdə torpağa tapşırılıb.

Xameneyi ilə vidalaşmaq istəyənlərin çoxluğu səbəbindən matəm yürüşünün təşkilatçıları məqbərəyə gedən marşrutu dəyişmək məcburiyyətində qalıblar. Xameneyinin cənazəsini daşıyan dəfn karvanı məqbərəyə qədər hərəkət edə bilmədiyi üçün helikopterdən istifadə olunub.

Türbə ərazisində yüzminlərlə zəvvarın iştirakı ilə Xameneyi və onunla birgə həlak olan ailə üzvləri üçün namaz qılınıb. Daha sonra jurnalistlərin buraxılmadığı rəsmi dəfn mərasimi keçirilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail zərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vidalaşma mərasimi iyulun 3-də Tehranda başlamışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş