Vidadi Muradov vəfat edib

Xəbərlər

05.11.2021 - 09:50

Həkimlər Klinikalar SEO Xidməti

O onkoloji xəstə olduğu üçün azadlığa buraxılmışdı

“Azərxalça”nın sabiq sədri Vidadi Muradov vəfat edib. AYNA xəbər verir ki, V.Muradov bu gecə dünyasını dəyişib.

Qeyd edək ki, Vidadi Muradov vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinərək bu ilin yanvarında həbs edilib. Noyabrın 1-də isə Vidadi Muradov səhhətindəki problemlərlə bağlı həbsdən ev dustaqlığına buraxılıb.

İstintaq zamanı onun 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş